Ərdoğan, niyə belə deyirsən?..” – Ərdoğan

Baxış sayı: 
195

1947-ci ildən günümüzə qədər Fələstin torpaqları bu hala gətirildi. İsrail bir işğal, eyni zamanda terror dövlətidir. Ərdoğan, niyə belə deyirsən? Necə deməyim axı! 14 yaşındakı uşaqları terrorçu əsgərlər yaxalayırlar, gözlərini bağlayırlar.
 
Axar.az xəbər verir ki, bu sözləri İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds Zirvəsində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
“İnsan olan, vicdanı olan yaşananlardan lazımı dərsi almalıdır. Bunu izah etmək üçün sənə başqa nə deməliyik, ey Tramp? İsrail etdiyi bütün terror fəaliyyətləri üçün bir növ mükafatlandırıldı. Bu mükafatı verən təkbaşına olsa da, Trampdır. “Mən etdim, oldu” deməklə dünyada heç nə olmur. 196 dünya ölkəsinin buna qarşı mövqe nümayiş etdirəcəyinə inanıram”, - Ərdoğan bildirib.

Загрузка...
Загрузка...