Ərdoğan Moskvanı PKK-ya silah verməkdə suçladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı PKK-ya silah tədarükünü həyata keçirməkdə ittiham edib. “Hazırda terroçuların əlində, Rusiya tərəfindən verilən zenit silahları və raketləri var. Bu silahlar Suriya və İraqdakı terroçu təşkilat vasitəsi ilə ötürülür” deyə Türkiyə Prezidenti bəyan edib.
Xatırladırıq ki, bu ilin martın 31-də İraq kürdləri Moskvadan əlavə silah istəyiblər. Buna qədər Rusiya ZU-23-2 zenit qurğularını kürdlərə ötürüb.
Rusiyanın Ərbil baş konsuluğunun atteşesi Artyom Qriqoryanın məlumatına əsasən bu silahlar kürd hərbçilərinə yüksək rütbəli rus diplomatlarının, o cümlədən Rusiyanın İraqdakı səfiri və baş konsulunun iiştirakı ilə verilib. Bundan başqa zenit qurğuları üçün 20 min mərmi əlavə edilib.