​Ərdoğan: “Məhv olarıq, əgər...”

Baxış sayı: 
232
0  
0  

“Kimsəni təhdid etmək kimi niyyətimiz yoxdur. Biz səmimi xəbərdarlığımızı edirik”.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında Şimali İraq kürd muxtariyyətində keçirilən referendumla bağlı danışarkən deyib.
“Referendum bölgəmizdə yeni bir xəncər vurmaq cəhdidir. Min ildir bu bölgədə bizi məhv etmək üçün çoxsaylı cəhdlər edilib. Biz hələ də dövlət və millət olaraq ayaq üstəyik. Bizi təhdid edənlərin, arxamızdan bıçaqlamaq istəyənlərin heç birinin bu torpaqlarda istədiyi olmayıb”, - Ərdoğan bildirib.
Türkiyə prezidenti qeyd edib ki, indiki mərhələdə Ərbilə qarşı müəyyən sahələrdə embarqolarla kifayətlənirlər: “Əgər özlərinə gəlməsələr, embarqolar artaraq davam edəcək. Daha ciddi addımlar atmaqdan çəkinməyəcəyik. Bizi sevəni biz də sevərik, amma əksi olduğu halda lazımı addımları atarıq”.
Onun sözlərinə görə, Türkiyənin əsas problemi içəridən vurulmasıdır:
“Suriya və İraqda baş verənlər daxili işlərimizlə birbaşa əlaqəlidir. Biz ayrılsaq, dağılarıq. Dağılsaq, yox olarıq. Beton kimi, polad kimi dayanmaq məcburiyyətində olduğumuz bir dövrdən keçirik. Birləşəcəyik və hədəflərimizə doğru irəliləməkdə davam edəcəyik”.
Ömər Dağlı

Загрузка...
Загрузка...