​Ərdoğan Merkellə görüşdü: “İcazə verməyəcəyik”

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində keçirilən G20 zirvə toplantısı çərçivəsində Almaniya kansleri Angela Merkellə görüşüb.
 
Axar.az xəbər verir ki, görüş zamanı Türkiyə-AB münasibətləri, Suriya və terrorla mübarizə məsələləri müzakirə olunub.
 
Merkel Almaniyanın 15 iyulda baş verən çevrilə cəhdi qınadığını və demokratiya tərəfdarı olduğunu deyib.
 
Ərdoğan Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı barədə Merkelə məlumat verib və Türkiyənin cənub sərhədi boyunca terror dəhlizinin yaradılmasına imkan verməyəcəyini deyib.