Ərdoğan Merkelə icazə vermədi

Alman siyasətçilərin İncirlik hərbi bazasına səfəri ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla razılaşma əldə edə bilmədik.
 Axar.az xəbər verir ki, bu sözləri Almaniya Kansleri Angela Merkel Ərdoğanla baş tutan ikitərəfli görüşdən sonra deyib.
 Görüşün yüksək atmosferdə keçirildiyini bildirən Merkel, bütün mövzuların müzakirə olduğunu diqqətə çatdırıb:
 “İncirilik məsələsi ilə bağlı razılıq əldə olunmadı. Bu anlaşılmazlıqlar bir görüşlə həll edilə bilməz. Lakin bu müzakirənin olduqca önəmli olduğunu düşünürəm”.
 Merkel onu da əlavə edib ki, qondarma “erməni soyqırımı” ilə bağlı Almaniya Bundestaqında qəbul edilən qətnaməyə görə Ərdoğan narahatlığını ifadə edib.
 Qeyd edək ki, sözügedən qətnaməyə görə, Türkiyə hökuməti Almaniya rəsmilərinin İncirlik bazasına səfərinə icazə verməmişdi.