Ərdoğan: Kim bizə hücum edirsə, hökuməti dağılır

Baxış sayı: 
200
0  
0  

Almaniya seçki prosesində bizə hücum edirdi.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada keçirilən parlament seçkilərinə münasibət bildirərkən deyib.
 
“Almaniyada parlament seçkisi, bizdə də referendum baş tutdu. Referendum müddətində Türkiyəyə necə hücum edildiyini gördünüz. İndi öz seçkiləri vaxtı yenə bizə hücum edirlər. Sizin seçkilərin bizimlə nə əlaqəsi var? Almaniyada keçirilən seçkilərdə niyə bizdən istifadə etməyə çalışırsınız? Nəticəsi nə oldu, gördünüz. Görəcəksiniz, hakimiyyət qura bilməyəcəklər. Bununla da ən azı bir neçə ay vaxt itirəcəklər. Hollandiya da bizə hücum etdi və hələ də hökumət formalaşdıra bilməyib”, - Ərdoğan bildirib.
 
Qeyd edək ki, prezident seçkilərində Angela Merkelin partiyası lazımı üstünlük qazana bilmədiyi üçün koalisiya hökuməti formalaşdırmağa məcbur olub.

Загрузка...
Загрузка...