​Ərdoğan İrana 3 vacib sənədlə getdi – Video

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarında özəl təyyarə ilə İrana uçub.
 
Teleqraf.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Ərdoğanın olduğu təyyarə Tehran hava limanına eniş edib.
 
Türkiyə prezidenti İrana geniş nümayəndə heyəti ilə gəlib. Nümayəndə heyətinin tərkibinə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybəkçi, Enerji və Təbii qaynaqlar naziri Bərat Albayraq, Gömrük və Ticarət naziri Bülənd Tüfəngçi, Daxili İşlər naziri Süleyman Soylu, Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş, Ədalət və İnkişaf partiyasının sədr müavini Mehdi Əkər daxildir.
 
Səfər çərçivəsində Ərdoğan iranlı həmkarı Həsən Ruhani, İranın dini lideri Əli Xamneyi və digər İran rəsmiləri ilə görüşəcək. İki ölkə rəhbərlərinin görüşündə İran-Türkiyə arasındakı qarşılıqlı münasibətlərin gücləndirilməsi, birgə hərbi əməkdaşlıq, regiondakı son durum, eləcə də İraq Kürdistanında keçirilmiş referendum məsələsi müzakirə ediləcək.
 
***
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda iranlı həmkarı Həsən Ruhani ilə görüşüb.
 
Görüş Sadabat sarayında keçirilib. Liderlər iki ölkə arasında ticarət həcminin 30 milyard dollara çatdırılması, Şimali İraqdakı referendum və Astanada keçirilən Suriya toplantısı məsələlərini müzakirə ediblər.
 
Ərdoğan bu gün Tehranda keçirilən Türkiyə ilə İran arasında 4-cü Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.

Загрузка...
Загрузка...