​"Ərdoğan hakimiyyətdən getməsə, Türkiyə..." — Avropa İttifaqı komissarından şok açıqlama

 
Avropa İttifaqının İnformasiya cəmiyyəti və rəqəmsal iqtisadiyyat məsələləri üzrə komissarı Günter Ettinger sensasion bəyanatla çıxış edib.
 
Ölkə.Az xəbər verir ki, avropalı komissar Türkiyənin İttifaqa üzv olmaq şanslarını dəyərləndirib.
 
Populyar "Bild" qəzetinə verdiyi müsahibəsində Ettinger Türkiyənin İttifaqa üzv olması üçün yeni şərti açıqlayıb.
 
"Avropa İttifaqına Türkiyə ilə yaxın münasibətlər hələ də çox vacibdir. Amma Türkiyənin mövcud şəraitdə İttifaqa üzv olması yaxın on il ərzində yenə mümkünsüz görünür. Ümuniyyətlə Türkiyənin Avropa İttifaqına üzvlük məsələsini ancaq Ərdoğan hakimiyyətdən gedəndən sonra müzakirə etmək olar", deyə avropalı komissar dünya gündəmini söylədiyi şok sözlərlə bir anda dəyişib.