Ərdoğan fəth müjdəsini verdi: "Afrinə daxil olduq" - Təcili

 
Afrinə daxil olduq, olmaqdayıq. Artıq an məsələsidir. Sizlərə hər an müjdə verə bilərik.
 
Teleqraf.com-un "Haber7" saytına istinadla verdiyi xəbərə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mardində çıxışı zamanı deyib.
 
Ərdoğan "Zeytun budağı" əməliyyatında 3569 terrorçunun məhv edildiyini deyib: "Fəth yaxındır... O müjdəyə doğru irəliləyirik".
 
Türkiyə Prezidenti bir daha Suriya torpaqlarına terrorçuları zərərsizləşdirmək üçün daxil olduqlarını deyib: "Bizim Suriya torpaqlarında gözümüz yoxdur. Terror dəhlizindən ölkəmizə qarşı edilən təcavüz hərəkətlərindən bezdik və lazımi addımı atdıq".

Загрузка...
Загрузка...