Ərdoğan: ''Dünya ilə fərqli yarışdayıq''

Dövlətin və silahlı qüvvələrin yenidən formalaşdırılması lazımdır.
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında deyib.
 
“Bu gün yeni hazırlıq gördük. Hərbi məktəblər bağlanacaq. Milli Müdafiə Universiteti yaradılacaq. Bundan əlavə, limanlar da Müdafiə Nazirliyinə tabe ediləcək. Dünya ilə fərqli yarış aparırıq. Eyni zamanda hərbi məhkəmələrdə köklü dəyişikliklər həyata keçiririk. Ordu komandanları da müdafiə nazirinə birbaşa tabe olacaq. Konstitusiyada kiçik dəyişikliklər olarsa, MİT və Baş Qərargah da prezidentə tabe olacaq”, - Ərdoğan bildirib.