Ərdoğan çox sərt danışdı: "Onlara dünyanı məzar edərik"

 
Suriyanın şimalında PYD və YPG-nin dövlət qurmasına qətiyyən imkan verməyəcəyik.
 
Teleqraf.com-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
 
PYD və YPG-nin Suriyada kürd dövləti quracağı haqda fikirlərə Ərdoğanın münasibəti belə olub:
 
"Bunu da deyirəm: Kürd dövləti-filan deyib-dururlar, mən bunu kürd qardaşlarıma həqarət sayıram. İnanıram ki, mənim kürd qardaşlarım Türkiyənin cənubunda belə bir oyuna əsla fürsət verməzlər.
 
Suriya ərazisində yeni bir dövlətin qurulmasına qətiyyən imkan verməyəcəyik. Türkiyəni bölmək istəyənlərə dünyanı məzar edərik".
 
Qeyd edək ki, Türkiyə Suriyada silahlı qruplaşma olan PYD və YPG-ni PKK terror təşkilatının bir hissəsi sayır.

Загрузка...
Загрузка...