Ərdoğan çağırış etdi, Kosova ayağa qalxdı

Kosovanı bəzi ölkələrin hələ də tanımaması bizi çox təəssüfləndirir.
Turaninfo.az  Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İƏT-in zirvə toplantısında çıxışı zamanı deyib.
 “Kosova Şimali Kipr Türk Cümhuriyyəti kimi bəzi islam ölkələri tərəfindən hələ də tanınmayıb. Bu məsələ ilə bağlı tez bir zamanda diplomatik addımlar atılmalıdır. 56 islam ölkəsi içərisində bəzilərinin Kosovanı tanımaması bizi çox üzür. Müxtəlif bəhanələrlə bu işi gecikdirmələrini heç cür anlamıram”, - Ərdoğan bildirib.
 Qeyd edək ki, Ərdoğanın bu çıxışı Kosovada böyük çoşqu ilə qarşılanıb.