Ərdoğan bəyanat verdi: “Haşdi Şabi”yə cavabımız fərqli olacaq

 
 
Türkiyə prezidenti Ərdoğan bu gün bayram günü ilə əlaqədar tədbirdən sonra kameraların qarşısına keçib.
 
Ölkə.Az xəbər verir ki, Erdoğan mətbuat nümayəndələri ilə görüşdə “Haşdi Şabi” qruplaşmasına münasibət bildirib. O, qeyd edib ki, Telafr və Sincar Türkiyə üçün həssas hədəflərdir. Əgər “Haşdi Şabi” terror fəaliyyətinə başlasa, ağır cavabla qarşılaşacaq.
 
Qeyd edək ki, bu gün “Haşdi Şabi” qruplaşmasının Telaferə qarşı hücuma keçdiyi bildirilmişdi. Bu isə Türkiyəni təşvişə salıb. Çünki Telafer əhalisinin əksəriyyətini sünni türkmənlər təşkil edir və qardaş ölkə bu ərazidə qruplaşmanın soyqırım həyata keçirəcəyindən ehtiyat edir.