Ərdoğan bu səfərə çıxan ilk Türkiyə prezidenti olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1-2 iyunda Uqanda və Keniyaya rəsmi səfər edəcək.
  Axar.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
 Qeyd edək ki, Ərdoğan Uqandaya səfər edən ilk Türkiyə prezidenti olacaq. Səfər çərçivəsində Ərdoğan Uqanda Prezidenti Yoveri Museveni ilə görüşəcək.
 İyunun 2-də Keniyaya yollanan Türkiyə prezidenti bu ölkənin başçısı Uhuru Keniatta ilə danışıqlar aparacaq. Ərdoğanın keçirdiyi görüşlər əsnasında ikitərəfli münasibətlər və regional problemlər müzakirə ediləcək.