​Ərdoğan Bərzani ilə görüşdü — FETÖ-dən danışdılar

 
İraq Kürdüstanının lideri Məsud Bərzani Türkiyədə səfərdədir.
 
Beştepedə, Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanla Məsud Bərzani arasında görüş olub.
 
Mətbuata qapalı keçirilən görüş 1 saat 50 dəqiqə davam edib.
 
Liderlər görüşdə İraq Kürdistanında FETÖ-yə bağlı məktəb və qurumların fəaliyyətinə xitam verilməsi istiqamətində lazımi addımların atılmalı olduğunu diqqətə çatdırıblar.