Ərdoğan: "Belçikada törədilən terror aktını lənətləyirəm"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikanın paytaxtı Brüsseldə yaşanan terror hücumuna dair açıqlama verib.
Turaninfo.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu çətin günlərdə Belçikanın yanında olduqlarını bildirib.
Türkiyə dövlət başçısı çıxışı zamanı bunları deyib: “Belçikada törədilən terror aktını lənətləyirəm. Bu mənfur hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirəm. Fərqli terror hücumuna məruz qalan xalqımız Belçika vətəndaşlarının kədərini dərindən hiss edir və paylaşır".
Ərdoğan bütün terror qruplaşmaları ilə eyni səviyyədə mübarizə aparacaqlarını da çıxışı zamanı qeyd edib: “Belçikaya əlimizdən gələn bütün dəstəyi verməyə hazırıq”.