Ərdoğan: “Axşam Putinlə danışacam və nəyin bahasına olursa olsun...”

 
“Türkiyədəki terrorlara səssiz qalanlar Hələbdəki qətliamı da görməzdən gəlirlər”.
 
Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
 
Onun sözlərinə görə, bütün bunların hamısı alçaq oyunun bir parçasıdır: “Hələbdə baş verənlər insanlığın qəzasıdır. Gərgin müzakirələrdən sonra atəşkəs elan edildi. Şəxsən izlədiyim müzakirələr nəticəsində təxliyə prosesinin başladığına ümid edirdik. Təəssüf ki, raketlər yenidən işə düşdü”.
 
Ərdoğan Rusiya prezidenti ilə yenidən müzakirələr aparacağını bildirib.
 
“Bu gün axşam saatlarında Putinlə yenidən danışacağam. Hələ də prosesləri izləyirik, bir nəticə almağa çalışırıq. Hələbdən xilas olan qardaşlarımız üçün bütün tədbirləri görmüşük. Ey BMT, haradasan? Biz hər cür dəstəyi verməyə hazırıq, amma bir dəhliz açılmalıdır. Buna çalışırıq. Türkiyəyə gələnləri də bağrımıza basacağıq. "Acıq, susuzuq" deyə qışqırırlar, insanlıq isə susur. Humanitar dəhlizə icazə verilməlidir. BMT başda olmaqla, beynəlxalq ictimaiyyət hərəkətə keçməlidir. Bu həftə keçirəcəyim görüşlərdə dünya liderlərini bu məsələyə diqqət ayırmağa dəvət edəcəm. Nəyin bahasına olursa olsun, bircə məsum üçün belə əlimizdən gələni edəcəyik”, - deyə Türkiyə prezidenti diqqətə çatdırıb.

Загрузка...
Загрузка...