Ərdoğan: “ABŞ siyasəti Türkiyə sərhədlərini təhlükəyə atıb”

 
"ABŞ-ın Suriyadakı siyasəti Türkiyənin cənub sərhədlərini təhlükə altında qoyub".
 
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CBS telekanalına müsahibəsində deyib.
 
O bildirib ki,  Ağ Evin yeritdiyi siyasət nəticəsində Türkiyəyə 3 milyon miqrant gəlib:
 
"Biz bu məsələlərin həlli üçün ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Baydenlə dəfələrlə müzakirələr apardıq. Onlar bu məsələni nəzərə almadılar. Bu, bizi çox məyus etdi".
 
Ərdoğan Fətullah Gülənin ekstradisiyası məsələsinə də diqqət çəkib: "Mən ABŞ-ı günahlandırmaq fikrində deyiləm. Ancaq bu məsələni mənim xalqım diqqətdə saxlayır. Siz niyə görə bu insanı hələ də özünüzdə saxlayırsız? Nə qədər ki siz onu ekstradisiya etməmisiz, Türkiyə hökuməti və türk xalqı sizi günahlandıracaq".

Загрузка...
Загрузка...