Ərdoğan ABŞ səfərini yarıda kəsdi – Qalmaqal

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərini yarıda kəsərək vətənə qayıdıb.
Axar.az xəbər verir ki, buna səbəb ABŞ təhlükəsizlik qüvvələrinin sayğısızlığı olub.
 Türkiyə prezidenti Məhəmməd Əlinin tabutunun üzərinə Kəbə örtüyünün bir parçasını qoymaq istəyib. Lakin təhlükəsizlik işçiləri “Biz sonra qoyarıq”, - deyərək buna mane olublar.
 Din və Diyanət naziri Məhməd Görməzin Quran oxumaq istəyi də qəbul edilməyib. Bu hadisələrdən sonra Ərdoğan səfər proqramını dayandıraraq Türkiyəyə geri dönüb.
 Cənazə namazı sırasında amerikalı və türkiyəli cangüdənlər arasında da anlaşılmazlıq yaranıb.