Ərdoğan: ABŞ generalı açıqlamaları ilə özünü ifşa etdi

 
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri general Cozef Votelin bəyanatını sərt tənqid edib.
 
“Amerikalı general qiyamçıları dəstəkləyir. Belə bir bəyanatla o özünü ifşa etdi (...) Siz kimsiniz? Buna siz qərar verəcəksinizmi? Siz mənim ölkəmdəki çevriliş cəhdinin qarşısını alan bu dövlətə demokratiya adına təşəkkür etmək yerinə tam əksinə, çevriliş edənlərin yanında dayanırsınız. Qiyamçıların lideri (nurçuların lideri Fətullah Gülən - red.) sizin ölkənizdə yaşayır”, - nəşr Ərdoğanın sözlərini sitat gətirir.
 
Qeyd edək ki, C.Votel Türkiyədəki hərbi çevriliş cəhdindən danışarkən bildirmişdir ki, Türkiyə hökumətinin baş verənlərə reaksiyası Pentaqonun bölgədəki əməliyyatlarına zərər verəcək.