Ərdoğan 3 il sonra Fransadan əvəz çıxdı

Fransada baş verən hadisələrə görə narahatam.
 Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səbahattin Zaim Universitetində çıxışı zamanı deyib.
 O, Fransada son günlərdə baş verən etirazları xaos kimi qiymətləndirib:
 "Qadınları yerlərdə sürüyüb, qızlara təpik-yumruqla vurursunuz. Gəzi parkı hadisələri (2013-cü il - red.) zamanı Türkiyədəki insan haqlarından narahat olduğunuzu deyirdiniz. İndi isə mən Fransada baş verən hadisələrə görə narahatam".
 Qeyd edək ki, son günlərdə Fransada iş saatlarının uzadılmasını nəzərdə tutan və işdən çıxarılmanı asanlaşdıran yeni qanun layihəsi etirazla qarşılanır.