Ərdən arvadına qarşı QANDONDURAN ƏMƏL: Əl-ayağını bağladı, üstünə qaynar su tökdü, sonra da...

Baxış sayı: 
152

Türkiyədə qandonduran cinayət hadisəsi baş verib. Y.Əli adlı şəxs yaranan mübahisə zəminində 30 yaşlı həyat yoldaşı Y.Gündüzü döyərək ölümcül hala salıb.
Publika.az xəbər verir ki, hadisə Türkiyənin Mərsin bölgəsində baş verib. Narkotik vasitənin alqı-satqısı ilə məşğul olan Əli 6 il müddətinə azadlıqdan məhrum edilib. Son 1 il 6 ayda icazəli şəkildə ailəsi ilə görüşən adam bu dəfə evə gəldiyində dəhşətli hadisə baş verib. Çay içmək istəyən Əli evdə hazır çay olmadığını görüb hiddətlənərək 1 yaşlı qızının gözü önündə qadının əllərini və ayaqlarını bağlayaraq, qazın üstündəki qaynar suyu qadının üzərinə töküb. Daha sonra onu döyməyə başlayıb. Qadının kömək səslərini eşidən qonşular isə qorxudan nə polisə, nə də təcili tibbi yardıma xəbər veriblər.
Xəstəxanada dindiriilən Y.Gündüz mən ölmədim, amma insanlığın öldüyünü gördüm dedi:
“Qonşular eşitdi. Hətta biri ilə göz-gözə gəldik. Dərhal pəncərəni bağladı. Digərləri də elə. Görəcəkləri şey polisə zəng etmək idi, amma etmədilər. Həyat yoldaşımın məni səhərə qədər kəmərlə döyməsinə tamaşa etdilər”.
Faktla bağlı polis cinayət işi başladıb.
Könül Cəfərli

Загрузка...
Загрузка...