Rəcəb Babaşovdan siyasi təxribat: Cavid Qurbanov Kəmaləddin Heydərova qarşı

 
Rəcəb Babaşovdan siyasi təxribat: Cavid Qurbanov Kəmaləddin Heydərova qarşı Oktyabrın sonu, noyabr ayının əvvəli ölkə mediasını iki iri çaplı məmurun əlbəyaxa olması xəbəri sözün əsl mənasında silkələdi. Qazax icra başcısı Rəcəb Babaşovun və Tovuz gomrük idarəsinin rəisi Mehman Sadıqovun nəyəsə görə kəllə kəlləyə gəlməsi hər kəsdə müxtəlif bir fikir formalaşdırdı. Birisi dedi ola bilməz yalandi, digəri isə ola bilər və s. və ilaxır. Kimi dedi Mehman Sadıqov Rəcəb Babaşovu döyüb kimisidə dedi ki yox Rəcəb Babaşov Mehman Sadıqovu döyüb. Kimin kimi döyməsi spor məsələsi olsada ictimayyəti əsas maraqlandıran odur ki həqiqətəndə bu əlbəyaxa dava olub ya yox.
İcra başçısı ilə gömrük şefinin davası: ehtimallar və təfərrüatlar…
Hadisə yerində olmayanda əlaq ona qalır ki, məntiqə əsaslanaraq bu məsələyə mühakimə və analiz edərək hansısa bir qənaətə gələk. İlk öncə onu bildirək ki, rayondakı mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumata görə, Rəcəb Babaşov kifayət qədər aqressiv xarakterə malik olan və təhqirə istifadəyə meyillidir. Bu səbəbdən güman ki, icra başçısı gömrük rəisi ilə söhbətində səbrini basa bilməyib və vəziyyəti münaqişə həddinə gətirib çıxarıb. Kimin döyülüb kimin döyməsinə qalanda isə bununla bağlı adının çəkilməsini istəməyən Qazax sakinlərinindən birinin cumhuriyyet.az-ın elektron poçtuna göndərdiyi məktubda yer alan bir çümlə çox maraqlıdır: “180 sm boyu 100 kq yaxın çəkisi olan 40 yaşlı idmançı Mehman Sadıqov və 158 sm boyu 75 kq çəkisi 60 yaxın yaşı olan fiziki cəhətdən zəif Rəcəb Babaşovun əlbəyaxasında hansının qalib gələ biləcəyini müəyyən etmək çətin deyil”. Bir sözlə mediada hallandırılan olay zamanı Rəcəb Babaşov güman ki, bir anlığa qarşısındakı şəxsin kimliyini və arxasında hansı bir klanın olmasını unudub. Cənab Babaşov söyüş və təhqirlərin həmişə olduğu kimi həzm ediləcəyini zənn edib. Nəticə isə bəllidir…
Sərhəd bölgəsində sabotaj: şəxsi ədavət siyasi qarşıdurmaya çevrilir…
Eyni regionda işləyən iki iri məmurun düşmənə çevrilməsi adminstrasiya üçün çox ciddi bir siqnal olmalıydı. Çünki bunlar bir birinə müəyyən adminstrativ problemlər yarada biləcəyi labüddür . Təcrübəyə əsaslansaq görərik ki hakimiyyət bələ hallarda heç vaxt riskə getmir və ikisindən birini şahmat masasından uzaqlşdırır. Hansı fiqurun qalıb və ya getməsi isə sadəcə zaman məsələsidir.
Həqiqətəndə iki iri çaplı məmurun arasındakı ziddiyət və düşmənçilik çox ağır və dövlətin özünə bir sıra problemlər yarada və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Görünən mənzərə odur ki bu ziddiyət sükutu çox tez pozuldu. Belə ki, rayondan cumhuriyyet.az-a daxil olan məlumata görə, hadisədən bir müddət sonra Rəcəb Babaşov Qazax ziyalılarını toplayıb onlara gizli siyasi sifariş verib. Artıq qisas layihəsi tam hazırdır və üzərində intensiv iş gedir. Belə ki 15 noyabrda saat 12.00-da Babaşovun komandası Sınıq Körpü Keçid Məntəqəsinin qarşısında mitinq keçirmək haqqında qərar qəbul ediblər. Bu məlumat artıq mətbuatda da dərc edilir. Qazaxda polisin və İcra Nümayəndəsinin əliylə mitinqdə iştirak edəcək şəxslərin siyahısı da tutulub. Bu layihənin icraçısı isə İcra nümayəndəsi Akif Vəliyev və sahə müvəkkili Amil Budaqovdur. Mitinq qrupunun psixoloji hazırlığı və təlimatlandırılması da məhz bu iki şəxs tərəfindən aparılır. Amma ortada olan reallıq da budur ki, bütün bu proses Azərbaycanın sərhəd bölgəsində baş verir.
“Feodallar” oliqarxları üz-üzə qoyur
Qeyd edək ki, Rəcəb Babaşovun adı mətbuatda müxtəlif maliyyə maxinasiyalarından tutmuş “MTN işi”nədək ən müxtəlif məsələlərdə hallanıb. Qazaxın icra başçısı daha çox Cavid Qurbanovun “kassiri” kimi tanınıb. Cavid Qurbanovun çoxlu sayda biznes qurumlarına da onun nəzarət etdiyi bildirilir. Əslən sabirabadlı olan Rəcəb Babaşovun həm Nəqliyyat naziri Ziya Məmmədovla, həm də Cavid Qurbanovla nikah vasitəsi ilə qohum olduğu məlumdur. Eldar Mahmudov vəzifədən alındıqdan və “MTN işi” ilə bağlı generallar həbs olunduğu zaman müxtəlif mənbələr Rəcəb Babaşovun “MTN çətəsi” ilə iş birliyi içində olması barədə mətuata məlumatlar ötürməyə başladılar. İttihamların ciddi olmasına baxmayaraq o zaman Rəcəb Babaşov istintaqdan yayına bildi. Buna görə o yaxın dostu, qohumu və hamsi Cavid Qurbanova minnətdardır. Bir sözlə R.Bababoş həm əvvəlki postunda, həm də indi Cavid Qurbanovun kadrı sayılır. Qarşı tərəf isə ölkənin məğlubedilməz oliqarxı sayılan Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun çətiri altında olan Gömrük sisteminin zabitidir.
Başqa sözlə, aşağıda iki xırda feodalın qarşıdurması yuxarıda böyük güclərin savaşına çevrilə bilər. Bizə isə kənardan yalnız seyr edib gözləmək qalır . Deyə bilərik ki “oyunçu aparsın”.