Ərəb turistlər İsmayıllıda qəzaya uğradı- Ölən və yaralanan var

Azərbaycanda ərəb turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
 
Qəbələdən Bakıya gələn "Hyundai" markalı mikroavtobusun sürücüsü İsmayıllı rayonu ərazisində idarəetməni itirib və avtobus aşıb. Hadisə nəticəsində avtobusda olan 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, turistlərdən iki nəfər xəstəxanada dünyasını dəyişib.
 
Avtobusdakıların hamısı Azərbaycana gələn ərəb turistlər olub. Turistlər Qəbələ rayonundan Bakıya qayıdırmış.
 
 
 
*****
 
Bildirək ki, avqustun 29-da Qəbələdən Bakıya gələrkən İsmayıllı rayonu ərazisində mikroavtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan ərəb turistlərdən 16 nəfər Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
 
Bu barədə Trend-ə Şamaxı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
 
Məlumata əsasən, müraciət edənlərdən 10 nəfər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, 6 nəfər isə xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həmin 6 yaralı - Əhməd Nasir, Rəvan Hüseyn, Abbas Yusif, Ömər Xalid, Rəvan Əsir və Fatimə Əsir avqustun 30-da günorta saatlarında xəstəxanadan köçürülüb.
 
 
 
Faktla bağlı araşdırma aparılır.