Ərəb şeyxləri İrəvanda: erməniləri xilas edirlər?

Ərəb şeyxləri və övladları İrəvana gəlib.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Qraparak” qəzeti yayıb. İrəvana gələnlər arasında Birləşmiş Ərəb Əmirliyinin Əbu Dabi Əmirliyinin şahzadəsi Mənsur ibn Zeyd əl-Nahyanın da olduğu bildirilir.
 
Onların İrəvana 3 gün öncə gəldiyi və erməni iş adamı Qagik Çarukyanın qonaqları olduğu vurğulanıb.
 
“Qraparak” görüşdə əsas məqsədin ərəb investisiyasının Ermənistana cəlb edilməsi olduğunu bildirib.
 
Qeyd edək ki, İrəvanda iqtisadi durum bu il daha acınacaqlı vəziyyətə düşüb, ölkədən kapital axını sürətlənib, üstəlik, parlament xarici borc üçün müəyyən etdiyi kritik hədd baryerini artırmaq məcburiyyətində qalıb. Beləliklə, investisiya tapmayan Ermənistan gələn il borclanmanı artırmağa hazırlaşır.

Загрузка...
Загрузка...