Ərəb şeyxi və şahzadəsi metroda

 
 
London metrosunda qeyri-adi sərnişinləri görmək o gün orda olan hər kəsi təəccübləndirib.
 
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay əmiri Məhəmməd bin Rəşid əl Maktum və oğlu, Dubay şahzadəsi şeyx Həmdan bin Rəşid əl Məktum London metrosunda kameralara yaxalanıblar.
 
Şeyx Həmdan onlarla selfi çəkdirmək istəyən vətəndaşların istəyinə əməl edib və bu şəkilləri Twitter, Instagram və SnapChat sosial şəbəkələrindəki səhifələrində yerləşdirib.