​Ərəb şeyx fətva verdi: "Arvadı döymək üçün..." - VİDEO

 
"Müsəlman kişi arvadını döyə bilər. Amma istədiyi zaman və istədiyi təki yox. Arvad döyməyin öz ədəbi,
öz qaydası var".
Mavritaniyanın ən məşhur din xadimlərindən biri şeyx Muhəmməd Üld Dedev televiziya proqramında belə deyib.
Milli.Az MEMRİ-yə istinadən bildirir ki, şeyx Üld Dedevin sözlərinə görə, müsəlman kişi arvadını döymək istəsə, onun kürəyinə əli ilə üç dəfə vurmalıdır.
"Bu zərbələr sərt, güclü olmamalıdır. Qadının üzünə, başına əsla vurmaq olmaz. Eyni zamanda, ər arvadını dəyənəklə və ya şallaqla döyə bilməz", - şeyx söyləyib.