Ərəb parlamenti “Hizbullah”ı terror təşkilatı elan etdi

Ərəb parlamenti Hizbullahı terror təşkilatı elan edib.
 Turaninfo.az Avropa.info-ya istinadən xəbər verir ki, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Ərəb Birliyindən sonra bu dəfə də Ərəb parlamenti Hizbullahın terror təşkilatı olduğunu bəyan edib.
 Parlamentin Misirin  paytaxtı Qahirədə keçirdiyi iclasından sonra, yaydığı  yazılı açıqlamada, İranın Hizbullah vasitəsilə ərəb ölkələrinin daxili işlərinə qarışması pislənib.
 Parlament sədri Əhməd bin Məhəmməd el-Cerevan  parlament üzvlərinin  Hizbullahın terror təşkilatı olaraq qəbul edilməsinə qərar verdiyini bildirib.