​Rayonlarda kütləvi etirazlarlar; dinc sakinlərin üzərinə qoşun göndərilib FOTO VİDEO

Ağcabədi rayonunun Hindarx kəndinin sakinləri də qiymətlərin qalxmasına etiraz olaraq toplaşıblar.  Kənd sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, hazırda kəndin mərkəzinə 1000 nəfərdən artıq şəxs toplaşıb və onlar işsizliyə, qiymət artımına etiraz edirlər.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun Hindarxa gəldiyi bildirilir.
 
***
 
Yanvarın 13-də günorta saatlarında Ağsu rayonunda yürüş olub. Şəhər sakinləri məvacibin azlığına, qiymət artımına  və işsizliyə etiraz əlaməti olaraq şəhərin mərkəzində yerləşən Heydər Əliyev Parkından İcra Hakimiyyətinin binasınadək yürüş ediblər.
 
 
Etirazın səbəbi sosial problemlər, kəskin bahalıq, işsizlikdir. Sakinlər İcra Hakimiyyətindən problemlərinin həllini istəyirlər.
Məlumatlara görə, aksiyada mindən artıq insan iştirak edib.
Aksiya iştirakçıları Ağsu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə görüşmək istəsələr də, başçı buna razı olmayıb. Belə ki, aksiyaçıların təyin etdiyi beş nəfərlik nümayəndə heyəti icra hakimiyyətində olsa da, başçı görüşdən imtina edib. O, sosial problemlərin onun günahı ucbatından yaranmadığını bildirib və deyib ki, baş verənlər dövlət səviyyəsində yaranıb. Bundan sonra isə yüzlərlə sakin İcra Hakimiyyətinə yürüş ediblər. Bu zaman icra başçısı onlarla görüşməyə razı olub.
Bildirilir ki, icra başçısı otuz nəfər rayon sakini ilə İcra Hakimiyyətinin iclas zalında görüş keçirib (musavat.com).
 
 
Siyəzəndə dekabrın 12-də bahalaşma əleyhinə başlayan etirazlar, bu gün də davam edir. Çox sayda həbs olunanlar var. İnsanlar gecəni də İcra Hakimiyyetinin qarşısında keçirib.
 
Hal-hazırda Siyəzəndə polislər aksiya iştirakçılarını dağıtmaq üçün rezin güllələrdən istifadə edirlər. Xüsusi təyinatlılar və Daxili doşunlar Siyəzənə yeridilir. Çox sayda PPX və ÇPA-da şəhərin mərkəzinə gətirilib. Aksiya iştirakçıları və polislər arasında mübahisələr davam edir.
 
Siyəzən şəhər sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, polis qüvvələri hazırda Qalaaltı adlanan əraziyə gedilən yolda əhaliyə hücum edib. Saxlanılanlar var.
 
Məktəblilər evə buraxılmır. 6 saylı məktəbin ərazisinə də qaz bombasının atıldığı, uşaqlar arasında zəhərlənənlərin olduğu da deyilir.
 
Gələn məlumatlar arasında o da bildirilir ki, Şabran əhalisinin aksiyaya dəstək verməməsi üçün yollar bağlanıb.
 

Загрузка...
Загрузка...