Rasim Balayev: “Bu qədərini gözləmirdim...” - Yeni

 
Bu qədər qayğıma qalınacağını, dəstək veriləcəyini gözləmirdim.
 
Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Rasim Balayev “Yeni Müsavat”a açıqlamasında deyib.
 
Aktyor deputat Zeynəb Xanlarovaya və spiker Oqtay Əsədova öz təşəkkürünü bildirib.
 
Aktyor “Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan oldumu” sualına isə bu cür cavab verib:
 
“Yox... istəmirəm də”.
 
Qeyd edək ki, ötən həftə xalq artisti, Azərbaycan kinosunun canlı əfsanəsi Rasim Balayevin səhhətinin ağır olması ilə bağlı yayılan məlumatlar ictimaiyyətdə, incəsənət və mədəniyyət aləminin nümayəndələri tərəfindən məyusluqla qarşılanmışdı. Aktyorun “dərmanlara pul çatdıra bilmirəm” deməsi isə daha böyük təəssüf doğurmuşdu.
 
***
 
Xalq artisti Rasim Balayevin xəstəliyi ilə əlaqədar dərman ala bilməməsinə Səhiyyə Nazirliyi münasibət bildirib.
 
Teleqraf.com xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Musavat.com-a açıqlamasında xalq artistinin dövlət xəstəxanalarının xidmətlərindən pulsuz istifadə etmək hüququna malik olduğunu bildirib:
 
“İstənilən vətəndaş, o cümlədən də xalq artisti Rasim Balayev kimi tanınmış şəxslər dövlət xəstəxanalarında pulsuz tibbi xidmətdən istifadə hüququna malikdir”.
 
Xatırladaq ki, R.Balayevin xəstəliyi ilə əlaqədar ehtiyac duyduğu dərmanları ala bilməməsinə görə deputat Zeynəb Xanlarova Milli Məclisin növbəti iclasında çıxış etmişdi. O, xalq artisti ilə dövlət səviyyəsində məşğul olunmasını xahiş edib, Səhiyyə və Mədəniyyət və Turizm Nanirliklərinə müraciət etmişdi.
 
Sitat: “Mən millətin adından xahiş edirəm, Rasimsevərlərin adından xahiş edirəm, onunla bir məşğul olsunlar. Onun aldığı pul nədir ki, bu qədər dərmana versin? Xahiş edirəm, Oqtay müəllim, siz də, biz də Rasim Balayevə dəstək olaq”.
 
Milli Məclisin spikeri Oqtay Əsədov isə “Sağ olun, maraqlanarıq, görək, nə məsələdir” deyə Z.xanlarovanın çıxışına reaksiya verib.
 
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov isə açıqlamasında məsələ ilə bağlı araşdırma aparılacağını bildirib.
 
Müəllif: Alpər

Загрузка...
Загрузка...