Raqqada asılan Öcalan portretinə Ərdoğandan açıqlama: ABŞ bunu necə izah edəcək?

 
    
 
İstanbulda keçirilən D-8 İqtisadi Tərəfdaşlıq Təşkilatının 9-cu toplatısında çıxış edən Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan terrorçuların yaxşı və pis deyə ayrıldığı bir dönəmdən keçdiklərini deyib.
 
Cebhe.info xəbər verir ki, Ərdoğan toplantıda çıxışı zamanı ABŞ-ı terrora gizlik dəstək verdiyini üçün sərt ittiham edib.
 
Ərdoğan tədbirdən sonra qatıldığı mətbuat konfransıdan Avropa ölkələrinin və ABŞ-ın terrorçulara dəstək verdiyini açıqlayıb:
 
“İŞİD, Boko Haram, FETÖ kimi qatil sürülərini İslam adına bağlayıb müsəlmanları ittiham edirlər. Raqqada PKK terrorçularının rəhbəri Öcalanın posterini asırlar. ABŞ bunu necə izah edəcək? Sözdə PKK-ya terror təşkilatı deyirlər. Avropa Birliyi ölkələri də eyni şəkildə PKK-nı terror təşkilatı kimi tanıyır. Ancaq Fransada dövlət televiziyasının binasına Öcalanın şəklini asdılar, polis də durub baxdı. Bunlar nə ilə izah edəcəklər? Terrorla mübarizə aparmaq budurmu?”
 
Vilayət Muxtar
Cebhe.info

Загрузка...
Загрузка...