Ramiz Məlik Məleykə Əsədovadan ÜZR İSTƏDİ - FOTO

“Mələykə Əsədovadan artıq üzr istəmişəm. Bizim aramızda anlaşılmazlıq olub”.
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti R. Məlik həmkarı Məleykə Əsədova ilə aralarında yaranmış qalmaqal haqqında deyib. Aktyorun sözlərinə görə, o, Məleykə Əsədova ilə münasibətləri korlandığı üçün peşmançılıq hissi keçirib:
“Adam hirsli olanda çox söz deyə bilər, lakin bu, o demək deyil ki, onların hamısını yazmaq lazımdır. Axı Xalq artisti adına hörmət etməliyik. Sosial şəbəkədə isə rəyi onu nüfuzdan salmaq üçün yazmamışdım. Dediyim kimi bir-birimizi başa düşməmişik. Xahiş edirəm ki, bu söz-söhbətə birdəfəlik son qoyulsun”.
Məlumat üçün bildirək ki, Ramiz Məlikin sosial şəbəkədə Məleykə Əsədovanın şəkillərinə "Məleykə, belə şəkillərlə özünü biabır eləmə! İlk növbədə özünü yox, sənə verilən o fəxri adı, bir də teatr kollektivini düşün!" rəyini yazması aktrisanı bərk qəzəbləndirmişdi. Bundan sonra hər iki tərəf bir-birinin ünvanına ağır ifadələr işlədib.
Aytən

Загрузка...
Загрузка...