Ramil Səfərov Avropalı agentdən yazdı

Elnur Eltürk qardaşımın Novruz bayramı münasibətilə hədiyyə etdiyi, gənc yazıçı Əlvənd Mehman tərəfindən yazılmış “Avropalı Agent kod 152” əsərini həvəslə oxudum. Ənənəvi detektiv romanlarından fərqli olaraq əsərdə ölkəmizin coğrafi və tarixi zənginlikləri, düşmənlərimizin məkrli planları, xalqımızın gözəl adət ənənələri  məharətlə təsvir olunub ki, bu da əsəri  daha oxunaqlı edir.
Zənnimcə, hər hansı bir əsəri  sadəcə vaxt keçirmək üçün deyil, maariflənmək və dünya görüşünü artırmaq üçün mütaliə etmək lazımdır. Bu nöqteyi -nəzərdən əsər uğurlu alınıb.
Son illərdə gənc qələm sahiblərinin əsərlərinin artması tendensiyası müşahidə olunur ki, bu da çox sevindirici haldır. Əlvənd Mehmana yaradıcılığında uğurlar arzulayır və yeni əsərlərini səbirsizliklə gözləyirəm.
Qeyd edək ki, kitabı "28 May" metrostansiyası ətrafındakı kitab mağazalarından və digər kitab mağazalarından əldə etmək mümkündür