Ramil Quliyevdən növbəti möhtəşəm qələbə - DAHA BİR QIZIL MEDAL

Azərbaycanlı atlet Ramil Quliyev növbəti zəfərini qazanıb.
 
A24.Az xəbər verir ki, Türkiyə millisinin şərəfini qoruyan 27 yaşlı həmyerlimiz dünya çempionluğunun ardınca “Diamond League” (“Brilliant Liqa”) daha bir qızıl medala sahib olub.
 
Yarışların 2017-ci il Paris mərhələsində 200 m məsafəyə qaçışda ən sürətli olan sprinteri Birmingem mərhələsində də keçən olmayıb. İdmançı finiş xəttinə 20,17 saniyəyə çatıb. O, ən yaxın izləyicini 0,09 saniyə qabaqlayıb.

Загрузка...
Загрузка...