Ramazan bitir: 4 gün iş olmayacaq

Ramazan bayramı ilə əlaqədar gələn həftə 2 gün qeyri-iş günü elan edilib.
 Axar.az xəbər verir ki, Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli qərarına əsasən 6 və 7 iyul Ramazan bayramıdır və müvafiq qanunvericiliyə uyğun olaraq, həmin günlər istirahət günü hesab edilir.
 Bununla da şənbə və bazar günləri də daxil olmaqla dörd gün qeyri-iş günü olacaq.