"Raisa Maksimovna Qorbaçovun yanağına şapalaq vururdu" - SENSASİON MÜSAHİBƏ...

"Biz Yeltsinlə gündə adama üç litr araq içirdik..."
 
 
Rusiyanın ilk prezidenti Boris Yeltsinin mühafizə xidmətinin keçmiş rəhbəri Aleksandr Korjakovun “112 Ukrayna” telekanalına müsahibəsinin Azərbaycan oxucuları üçün də maraqlı olacağına inanırıq.
 
Vaxtilə yaşadığımız SSRİ-nin son illəri, ölkə rəhbərlərinin o zamanlar görünməyən gündəlik həyat tərzləri, ailələri, xasiyyətləri və s. haqqında məlumatlar, tarixi faktlar olduqca maraqlıdır.
 
Moderator.az A.Korjakovun müsahibəsini kiçik ixtisarla təqdim edir.
 
A.Korjakov: Mən Yeltsini satmamışam. Satqını necə satmaq olar?
 
-Siz özünüzü tarixi şəxsiyyət hesab edirsinizmi?
 
- Jurnalistlər mənə müraciət edəndə yəqin ki, bir az olur. Və tez-tez müraciət edirlər. Mən artıq 13 ildir ki, kənddə yaşayıram və mənə tarixi şəxsiyyət olmaq lazım deyil. Mən sadəcə təbiətin qoynunda yaxşı, normal həyat yaşayıram.
 
- Siyasi büro üzvlərini qoruyanda ola bilsin ki, günlərlə yeməmisiniz, saatlarla ayaq üstə durmusunuz, tualetə gedə bilməmisiniz. Deyin, fiziki baxımdan çətin idimi?
 
- Biz buna hazır olurduq. Bilirsiniz, SSRİ-də havayıdan bir ili iki, ya üç il saymırdılar. Deməli çətin olurdu.
 
- Yadıma gəlir, Siz bir dəfə mənə dediniz ki, Siyasi Büro üzvləri öz mühafizəçilərini adam yerinə qoymurdular, hələ biri də qarşınızda “səsli qaz” buraxırmış. Kim idi o?
 
- Deməyəcəm, artıq mənim dövrümün Siyasi Büro üzvləri o dünyadadı. Familiyasını niyə deyim?
 
- Qorbaçov haqqında nə düşünürsünüz?
 
- Ümumyyətlə, onu birmənalı dəyərləndirmirlər. Mən hesab edirəm ki, Qorbaçovun ən böyük xidməti aşkarlıqdır. Yenidənqurma isə boş şeydir. Mən ona minnətdaram və neçə ki, kitab yaza bilirəm, həmişə hər yerdə deyəcəm. Qəzetdə yazmaq mümkün deyil. Ölkədə nə baş verdiyini olduğu kimi yazan qəzet tapmaq bizdə  çətindir.
 
- Raisa Maksimovnanın ərini döyməsi həqiqətdirmi?
 
- Bilirsiniz, mən onlarla cəmi iki həftə işləmişəm və bu müddətdə belə bir şey bir dəfə olub, ona görə deyə bilmərəm ki, bu nə qədər müntəzəm baş verirdi.
 
- Necə vururdu?
 
- Yanağına.
 
– Səsi çıxırdı?
 
- O, axşam çox gec gəldi, faktiki gecə idi və ondan qoxu gəlirdi, işdə konyak vurmuşdu. O da izləyirdi kİ. Mixail Sergeyeviç içməsin. Amma, yenə də içirdi, o cümlədən Yeltsinlə də. Onlar yeni İttifaq müqaviləsi hazırlayanda, müntəzəm içki olurdu, amma normalarını bilirdilər.
 
- Siz Rusiyanın birinci prezidenti Boris Yeltsinin mühafizə xidmətinin rəisi olmusunuz. Xahiş edirəm deyin, Rusiyada kim daha çox nüfuzlu idi: Siz, Yeltsin, yoxsa Çernomırdin? İnkar etmirsiniz ki, bir neçə il Rusiyaya rəhbərlik etmisiniz?
 
- Bu səfehliyi Kiselyov kimi adamlar uydura bilər.
 
- Bu düzdürmü ki, Yeltsin KQB sədri Kryuçkovun layihəsi olub və o istəyib ki, Yeltsin Qorbaçovun yerinə prezident olsun?
 
- Yeltsin sağ olanda heç kim bu barədə danışmırdı, öləndə də susdular. Elə ki, Kryuçkov da öldü, soruşmağa adam qalmadı.
 
– Bir əfsanəvi foto var: Siz Boris Nikolayeviçlə qiyam zamanı tankın üstündəsiniz. Sizi o zaman öldürə bilərdilərmi?
 
- Hər zaman öldürə bilərlər: divarlar yığılır, kərpiclər aşağıdan uçur. Əlbəttə bacarardılar. Insanların əlində nə qədər silah vardı. Ətrafda təkcə tankçılar deyil, əsgərlər, zabitlər, hər kəs silahlıdır. Snayperlər öldürə bilərdilər. Amma, o iş yaxşı oldu ki, bura qədər gəlib çıxmadıq. Əgər o vaxt üç oğlan ölməsəydi, qiyam hələ də davam edirdi.
 
– 96-cı ildə prezident seçkiləri qabağı Yeltsinin reytinqi 4 faiz idi. Siz o vaxt mənə dediniz ki, “Zyuqanova da, Jirinovskiyə də, Yavlinskiyə də dedim ki, “uşaqlar, biz sizi heç yana buraxmayacağıq və hakimiyyət verən deyilik”. Kim qalib gəldi?: Yeltsin, yoxsa Zyuqanov? İndiki baş nazir Medvedyev deyirdi ki, biz çox yaxşı bilirik ki, Zyuqanov qalib gəlib. O bunu rəsmən dedi.
 
- Bizim baş nazir?
 
- Bəli-bəli.
 
- Bu o baş nazirdir ki, mən onu “ Kinder-sürpriz”№ 2 hesab edirəm. O ki, öz planşeti olmazsa heç nə edə bilmir. Bir söz deməyəsən, yeni heç nə verə bilməyəsən. Gəlin bu baş naziri dinləməyək, ona bir azca işləmək qalıb.
 
- Aleksandr Vasilyeviç, siz faktiki Yeltsinin ailəsinin üzvü olmusunuz. O düzdürmü ki, Siz Yeltsinlə venanızı kəsib qanınızı qarışdırmısınız?
 
- Hə, bir birimizin əlini doğramışıq. İki dəfə olub. Bir dəfə Yakutiyada hamamda, ikinci dəfə Prezident klubunda.Hər ikisinin təşəbbüskarı Yeltsin olub. Mənim sol qolumun hər iki tərəfində çapıq var, onunkunda çapıq qalmayıb, çünki mən onunkunu azacıq çərtdim.
 
– O cəld kişi idi?
 
- Xuliqan idi. Keçmiş sovet küçəsi yaxşı məktəb olmuşdu. Biz hamımız cəld idik, o cümlədən mən də.
 
– Boris Nikolayeviç möhkəm içirdi?
 
- Hə. Tanış olduğum vaxtdan içirdi. Məni işdən azad olunanadək , həmişə içirdi.
 
- O,  rekord olaraq nə qədər içə bilirdi?
 
- Moskva şəhər partiya komitəsində bir butulka konyakı ikilikdə 3 dəqiqəyə içirdik. Kremldə işə keçəndən sonra, qardaş 6 butulkaya çatdırdı.
 
– Konyak?
 
- Yox, o artıq arağa keçmişdi.
 
– Hər biriniz altı butulka araq içirdiniz?
 
- Hə. Adama üç litr. Bəs nə edəydik? Mənimlə içmək onun xoşuna gəlirdi. Mən nəsə, sərxoş ola bilmirdim: məndə o saat aşağı gedirdi, sorulmurdu. Amma, nəzərə al ki, əvvəllər bir butulka konyakı üç dəqiqəyə içirdik, burda isə saat 11-də otururduq, bir də axşam 10-da, 11-də qalxırdıq. Sonra mənim aşbazım səhərlər mənə göstərirdi ki, neçə butulka içmişik.
 
– Siz məni heyran etdiniz. Üç litir içəsən və sərxoş olmayasan - buna nəsə hazırlıq olmalıdır.
 
- Bilirsən, o çox sağlam idi, mənim də valideynlərim kənddən idilər. Hər şey qaydasında görünürdü. Mən Yeltsinin yanına gələndə 18 dəfə dartılırdım, 100 dəfə jim edirdim.
 
– Siz hər zaman onunla içməli idiniz?
 
- O dəvət edib deyirdi ki, “SÜZ”
 
Ardı var...
 
Tərcümə etdi: İlham İsmayıl

Загрузка...
Загрузка...