Rahidə ƏMƏLİYYATINDAN DANIŞDI: "Burnum yığılıb deyə elə bilirlər ki…”

Baxış sayı: 
145

Müğənni Rahidə Baxışova Lider TV-də aparıcı İlahə Nizamiqızının təqdimatında yayımlanan "Klip+" verlişinə qonaq olub.
Publika.az xəbər verir ki, aparıcının suallarını cavablandıran ifaçı çənə əməliyyatı etdirmədiyini bildirib.
"Mənim çənə əməliyyatı etdirməyə ehtiyacım yoxdur. Bəlkə də əvvəlki burnum yığılıb deyə elə bilirlər ki, bu əməliyyatı etdirmişəm. Amma qətiyyən belə bir şey olmayıb. Çənəmlə bağlı heç bir kompleksim yoxdur”.
Qeyd edək ki, ötən həftə "ATV Maqazin onlarla" verlişi çənə əməliyyatı edən məşhurlardan geniş reportaj təqdim edib. Həmin məşhurlar sırasında Rahidə Baxışova da var idi.

Загрузка...
Загрузка...