​Radikalların lideri Əlixan Musayev "İŞİD"-çiləri şəhid adlandırır?

Radikalların lideri Əlixan Musayevin gizli səs yazısı yayıldı - AUDİOAzərbaycanda radikalların lideri kimi tanınmış Əlixan Musayevin gizli səs yazısı yayıldı.
Bu barədə Avrasiya.net-ə göndərilən yazıda bildirilir. Qeyd olunur ki, səs Azərbaycanın rayonlarının birində yazılıb. Ə.Musayev rayonları dolaşıb avam dindarları Suriyada cihada qatılmağa dəvət edir.
Əlixan Musayevin saəyində 500 dən çox azərbaycanlı Suriyada İŞİD tərkibində döyüşlərə qatılıb. Onlardan hanısının İŞİD tərəfindən kamikadze hazırlandığını heç kim bilmir.
Əlixan Musayevin dindarları Suriyada cihada şağırışına qarşı heç bir tədbir görülmürdü. Çünki sabiq nazir Eldar Mahmudovun adamları buna şərait yaradırdı.
Xatırladaq ki, yerli mediada yazılanlara görə, Musayev Əlixan Zakir oğlu bir müddət “Əbu bəkr” məscidinin axundu Qamət Süleymanovun müavini olmuş və vəhabiliyin radikal fikirlərini təbliğ etdiyinə görə, məsciddən qovulub. Daha sonra Türkiyə Hizbullahı ilə əlaqədə ittiham olunan Əlixan Musayev hazırda Azərbaycanda olan radikal cihadçı qrupların ideoloji lideri sayılır. Suriyada döyüşən azərbaycanlı vəhabilərin onun xeyir-duasını aldıqları iddia olunur.
Ə.Musayevin də mövqeyini dərc etməyə hazırıq.