“Rabitə işi” yenə təxirə salındı – Təqsirləndirilən şəxsin vəziyyəti ağırdır

 
 
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə salınıb.
 
Hurriyyet.org xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli olan məhkəmə prosesi təqsirləndirilənlərdən “Təmir Təchizat Servis” MMC-nin direktoru olmuş Bayram Vəliyevin iştirak etməməsi olub.
 
Buna səbəb onun səhhətinin ağır olmasıdır. Bayram Vəliyev məhkəməyə xərəkdə gətirilib. Lakin onu məhkəmə zalına gətirmək mümkün olmayıb.
Hakim Əfqan Hacıyev qeyd edib ki, dünən Müalicə Müəssisəsi ilə danışılıb və oradan deyilib ki, Bayram Vəliyev məhkəməyə gələcək və sərbəst şəkildə iştirak verəcək. Amma bu gün B.Vəliyev prosesdə iştirak edə bilməyib.
 
Təqsirləndirilən şəxs olmadığından məhkəmə aprelin 12-nə təxirə salınıb.
Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub

Загрузка...
Загрузка...