​Ər arvadını nə vaxt döyə bilər? - İcazəsiz harasa getdikdə, yeməyi yandırdıqda ... - SORĞU

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Beynəlxalq Qeyi-zorakılıq Gününə həsr olunan tədbir keçirilib.
Publik.az xəbər verir ki, Tədbirdə İSİM-in həkim metodisti Raisə Əhmədova bildirib ki, Azərbaycanda qadınlara qarşı məişət zorakılığının xüsusiyyət və səbəblərinin araşdırılması üzrə sorğu aparılıb: "Sorğu Lənkəran, Beyləqan, Füzuli və Şəmkirdə yaş həddi 18 -dən yuxarı olan 400 qadın arasında keçirilib. Respondentlərdən evli qadının döyülməsinə münasibətləri haqqında məlumat toplanıb. Qadınlardan hansı hallarda kişinin arvadını döyməyə ixtiyarı olub-olmaması haqqında soruşulub. Bura qadın xörəyi yandırdıqda, əri ilə mübahisə etdikdə, ərindən icazəsiz harasa getdikdə, uşaqlara nəzarət etmədikdə və cinsi əlaqədən imtina etdikdə halları daxildir. Sorğuda ərin arvadını hər hansı bir belə səbəbə görə vurması və ya döyməsinə haqq qazandıran qadınlar da var. Qadınların 24.3 % arvad ərindən icazəsiz harasa getdikdə, 18.9 % arvad uşaqlarına nəzarət etmədikdə, 13.6 % arvad əri ilə mübahisə etdikdə, 8 % arvad cinsi əlaqədən imtina etdikdə, 5 % arvad xörəyi yandırdıqda döyülməsini haqlı sayır. Bütün qadınların təxminən 28 % müəyyən olunmuş səbəblərdən heç olmasa birinə görə ərin arvadını döyə bilməsi ilə razıdır".
Raisə Əhmədova qeyd edib ki, sorğuda həmçinin yaşı 18-dən yuxarı olan ailəli, qeyri-rəsmi nikahda olan, boşanmış və dul qadınlar iştirak edib.
Sorğuda iştirak edən qadınların 216 nəfəri (54%) - tam orta, 84 nəfəri (21%) - orta ixtisas, 47 nəfəri (11,8%) - əsas, 42 nəfəri (10,5%) – ali, 8 nəfəri (2,0%) ibtidai təhsilli, 3 nəfəri (0,8%) təhsil almamış olanlardır.

Загрузка...
Загрузка...