Qəzzafinin cərrahı: "Elə şeylər istəyirdi ki..."

 
 
Liviyanın linç edilən diktatoru Müəmmər Qəzzafinin plastik əməliyyatını keçirən 70 yaşlı braziliyalı həkim ölkəsindəki jurnalların birinə verdiyi açıqlamasında zəngin müştərisi barəsində maraqlı açıqlamalar verib.
 
Moderator.az xəbər verir ki, Liviyanın səhiyyə naziri onu Müəmmər Qəzzafinin malikanəsinə apararaq həkimi diktatorla şəxsən özü tanış edib. Qəzzafinin ondan istəyi isə hər zaman cavan qalmaq olub: "Qəzzafi mənə uzun müddət hakimiyyətdə olduğunu və ölkədəki gənclərin onu yaşlı görmək istəmədiyini dedi”.
Hadisə 1994-cü ildə baş verib. O zaman Liviyaya cərrahların konfransına qatılan braziliyalı həkim yerli səhiyyə naziri tərəfindən rəhbərin yanına aparılır. Aralarında kiçik dialoq olur. Aradan bir il keçir. 1995-ci ildə həmin həkim, saç əkimi ilə məşğul olan cərrah dostu ilə yenidən Liviyaya - birbaşa Qəzzafinin iqamətgahına gəlir. Diktatorun üzərində plastik əməliyyat aparılır: qarnından yağları çəkilir, üz və göz qırışları aradan qaldırılır. Daha sonra isə, almacıq sümüyü üzərində də estetik əməliyyat aparılır və üzünün sağ tərəfindəki bir yara qismən də olsa silinir.
İşin ən maraqlı tərəfi budur ki, cərrah Qəzzafidən əməliyyata görə pul almır. Amma diktator bir aydan sonra ona içi dollar və fransız frankı ilə dolu zərf göndərir.