Qəzaya uğrayan təyyarədə Procter & Gamble zavodunun direktoru da olub

EgyptAir hava yolları şirkətinin qəzaya uğrayan A320 təyyarəsinin göyərtəsində Amerikanın Procter & Gamble (P&G) şirkətinə məxsus zavodun direktoru da olub. Musavat.com xəbər verir ki, məlumatı “The Washington Times” yayıb.
Fransanın Amyen şəhərindəki zavoda rəhbərlik edən Əhməd Halal Procter & Gamble şirkətində 15 ildən artıq müxtəlif vəzifələrdə işləyib.
P&G şirkətindən bildirilib ki, zavod direktorunun qohumları ilə əlaqə saxlanılır və çətin anda onlara tam dəstək verilir.
Xatırladaq ki, EgyptAir şirkətinin A320 təyyarəsi Parisdən Qahirəyə uçarkən Aralıq dənizində radarlardan itib. Təyyarənin göyərtəsində 66 nəfər olub. Onlarsa 30-u Misir, 15-i Fransa, 11-i isə digər ölkələrin vətəndaşlarıdır.