Qusarda vərəmli xəstələrin sayı azalıb

Ağ ciyərin rentgen çəkilişi
Qusar rayonunda vərəmli xəstələrin sayında əvvəlki illərlə müqayisədə azalma var. Bu barədəTuraninfo.az-a  ANS PRESS-ə istinadən Beynəlxalq Vərəmlə Mübarizə Günündə Qusar Rayon Mərkəzi Xəstəxanasının ağ ciyər xəstəlikləri şöbəsindən məlumat verilib. Şöbə müdiri Saruxan Badamovun verdiyi məlumata görə, rayonda ümumilikdə 2687 nəfər vərəmli xəstə kimi qeydə alınıb:
“2015-ci ildə  83 nəfər aşkar olunub. 2014-cü ildə isə bu rəqəm 87 idi. Azalmanın səbəbi həmin şəxslərin vaxtında müraciət etməsi və müalicəyə cəlb edilməsidir”.
"Xəstələrin dərmanla bağlı bütün təchizatı dövlət tərəfindən ödənilir".
Vərəmli xəstələrin sayının azalmasının digər səbəbi isə son dörd ildə rayon mərkəzi xəstəxanasının ağ ciyər şöxəstəlikləri şöbəsində görülən işlərlə əlaqədardır.  Yeni müasir avadanlıqlarla təmin olunan şöbədə hazırda rəqəmsal rentgen aparatı vasitəsilə xəstəni daha mükəmməl müayinə etmək münkündür.
Quba Mərkəzi Rayon Xəstəxanasında təmir işləri aparıldığı üçün həmin xəstəxananın vərəm şöbəsi də müvəqqəti olaraq Qusara köçürülüb.

Qusar Rayon Mərkəzi Xəstəxanasının ağ ciyər xəstəlikləri şöbəsi
Xəstəxanada müayinə edilən xəstələr də ümumi vəziyyətdən məmnunluqlarını ifadə ediblər. Vərəm xəstəliyindən əziyyət çəkən Adil Musayev bildirib ki, hər şey yerli-yerindədir: “Həkimlərlə yanaşı dərmanlarla da təmin edilmişik”.
Ümumiyyətlə, hər bir insanda 2-ci aydan vərəm çöpləri yaranır. Bu çöplərin inkişaf etməməsi üçün isə bəzi qaydalara əməl olunmalıdır. Bunların başında isə normal qidalanma, normal iş rejimi və gigiyenik normalara əməl olunması, immunitetin yüksək olması durur.
Belə olarsa, vərəm çöpləri özünü heç vaxt büruzə verməz.