Qurban Məmmədov: Prezidenti söydürən ...

Bir gün Baş Qazi Şah Abbasa məlumat verir ki, sabahkı divanda bir oğru, bir rüşvətxor məmur, bir də dilənçi məhkum ediləcək.
Şah soruşur ki, dilənçi niyə?
Qazi deyir:"Şahı bazar meydanında söydüyünə görə".
Şahın cavabı ibrətamiz olur: "Qazi, Şah Abbas nə vaxtdan dilənçilərlə müsahib olub ki, onu söysünlər. Məni söydürən məmuru dərhal tapın və dilənçinin yerinə onu asdırın".
Hörmətli Prezident İlham Əliyevin bu məsəl üzərində düşünməsinə dəyər.
Çünki dünən Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyinin qarşısında Prezidenti söyə-söyə gedən o vətəndaş da Prezidentin müsahibi olmayıb. Prezidenti söydürən, Agentliyin direktoru Hikmət Əsgərovdur.