Qurban Məmmədov Milli Şuradan ayrıldı: ''6 aydır...''

 
Ötən ay keçmiş siyasi məhbus, hüquqşünas Qurban Məmmədovun Milli Şuranın Koordinasiya Mərkəzində fəaliyyətini dayandırması barədə məlumat yayılmışdı.
 
Məlumatda qeyd olunurdu ki, Qurban Məmmədov Milli Şuranın sıravi üzvü olaraq qalır, lakin Koordinasiya Mərkəzindən istefa verib.
 
Bu barədə Milli Şuradakı mənbələrdən teleqraf.com-a məlumat daxil olmuşdu. Ancaq bu müddət ərzində Qurban Məmmədovun istefası Milli Şuradan rəsmən təsdiqlənməyib.
 
Qurban Məmmədov bu gün Arqument.Az-a açıqlamasında Milli Şuradan ayrıldığını təsdiqləyib: "Mən 6 aydır, Milli Şuradan ayrılmışam. Hüquqşünas kimi fəaliyyət göstərməyimin insanlara daha çox fayda verə biləcəyini düşünüb bu qərara gəldim".