Qurban bayramında 4 gün iş olmayacaq

 
 
Sentyabrda Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq.
 
Virtualaz.org bildirir ki, bu haqda Nazirlər Kabinetinin qərarında deyilir.
 
Nazirlər Kabinetinin “2016-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına görə, sentyabrın 12-si və 13-ü Qurban bayramıdır. Sentyabrın 10-u və 11-i tarixləri isə şənbə, bazar günlərinə təsadüf edir.
 
Ona görə də, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl iş olmaqyacaq.