​“Quranla bağlı elə qeyri-adi nəticələrə gəlmişəm ki...”

Baxış sayı: 
254

 
2017-ci il tarixdə qlobal bohranın dərinləşdiyi il kimi qalacaq. Böhran qlobal olduğuna görə, dünyada iqtisadi, siyasi, hüququ istiqamətlərdə öz təsirini göstərdi.
 
Bunu Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu ötən ilin yekunlarından danışarkən deyib.
 
Onun sözlərinə görə, 2017-ci ildə müxalifət düşərgəsində görüş və müzakirələrin aparılması üçün bir necə dəfə təşəbbüslə çıxış edib:
 
“Düzdür, nəticənin olacağını düşünmədiyimdən bu cəhdləri ürəkdən etmirdim. Sadəcə olaraq, nəbz yoxlaması mənasında addımlar atdım. Amma bu addımların hamısı uğursuz oldu. Səbəb odur ki, qlobal iqtisadi böhran var. Çoxları düşünür ki, qlobal iqtisadi böhran dünyada pulun dəyərinin aşağı düşməsi, yaşamın çətinləşməsi deməkdir. Ancaq iş ondadır ki, böhran səbəbindən dəyərlər aşağı düşür, mənəvi istiqamətlər zəifləyir. İqtisadiyyat sadəcə, bunun alt yapısıdır. Üzərində siyasət, mənəviyyat, hüquq, sosiallıq durur”.
 
Cəlaloğlu qeyd edib ki, qlobal iqtisadi böhran o zaman aradan qalxacaq ki, birqütblü dünya çoxqütblü dünya ilə əvəz edilsin:
 
“Hələlik bu istiqamətdə cəhdlər davam edir. Bu mərhələdə BMT islahatlara gedib çoxqütblü dünya sisteminə keçərsə qlobal iqtisadi böhranının qarşısı alınar və dünyada yenidən sabitləşmə gedər”.
 
Cəlaloğlu qeyd edib ki, 2017-ci il ADP və şəxsən özü üçün uğurlu olmayıb:
 
“Hər hansı uğurdan söhbət gedə bilməz. Məsələn, 2016-ci ildə şəxsi mənada mən Nobel Komissiyasına iki işimi göndərmişdim, amma bu il maliyyə çətinliyi səbəbindən işimi göndərə bilmədim. Heç bir sahədə uğurumuz olmadı. Uğur kimi onu deyə bilərəm ki, 2017-ci ildə üç nəvəm birinci sinfə gedib. Onlardan ikisi xaricdə, biri isə Azərbaycanda orta məktəbə başlayıb. Digər mühüm hadisə kimi Quranla bağlı yazılarımdır. Yəni Quranı izah edirəm. Bu sahədə qeyri-adi nəticələrə gəlib çıxmışam ki, heç kəs bu günə qədər yazdıqlarıma yaxın gələ bilməyib. Bunu da özüm üçün böyük nailiyyət hesab edirəm”.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...