“Qulp”un aparıcısı Nizami Süleymanovdan danışdı: “Tamaşaçılar onun üçün darıxırdı... ”

 
“Nizami müəllimlə münasibətlərimiz hər zaman yaxşı olub. Allah ona rəhmət eləsin. Mən onun haqqında keçmiş zamanda danışa bilmirəm. Nizami müəllim bizim proqramlarda dəfələrlə iştirak etmişdi”.
 
Bunu Teleqraf.com-a ANS-in “Qulp” verilişinin aparıcısı Mübariz Əsgərov akademik Nizami Süleymanovun vəfatına münasibət bildirərkən deyib.
 
“Qulp”un məşhur aparıcı deyib ki, Nizami Süleymanovla birgə hazırladığı proqramlar Azərbaycan televiziya izləyiciləri tərəfindən daim maraqla qarşılanıb: “Çünki biz dünyada və Azərbaycanda baş verən hadisələrə vətəndaş mövqeyindən yanaşırdıq. bununla belə problemlərə qəbul edilən baxışla deyil, fərqli prizmadan yanaşırdıq. Bu da insanlar tərəfindən çox maraqla qarşılanırdı. İnsanlar Nizami Süleymanovu tez-tez “Qulp”un verilişlərində görmək istəyirdi”.
 
Mübariz Əsgərov əlavə edib ki, son günlərə qədər onu görən tamaşaçılar “Qulp” proqramı və Nizami Süleymanov üçün darıxdıqlarını deyiblər: “Onun hadisələrə verdiyi qiymət hər zaman maraqlı olub. Bizim üçün baş verən hadisələrdə iqtidar və ya müxalifət meyarı yox idi. Tam obyektiv yanaşma ortaya qoyurduq və vərdiş olunmayan tərzdə problemləri izah edirdik. Bu da bütün qüvvələr və insanlar tərəfindən maraqla qarşılanırdı”.

Загрузка...
Загрузка...