Qüdsün paytaxt olması yəhudi xalqının da xeyrinə deyil...- Çarpaz düşüncə

 
 
Çünki bu xaotik prosesləri idarə edən nə siyasi, nə dini, nə milli ideologiyası olan, sadəcə, insanları, xalqları kölə kimi yönləndirmək əyləncəsi arayan ifrat harınlamış sümürgəçi güclərdir...
 
Bu mövzudakı ötən yazımızda (bax:http://www.moderator.az/news/202969.html) hələ 2012-ci ildə  dünyanın ən mahir və müdrik diplomatlarından sayılan ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin İsrail dövlətinin 2022-ci ildə məhv olacağını söylədiyini yazmışdıq. Amma məlumdur ki,  Kissincer bir yəhudidir və İsrailin dostu sayılır. Bəs nədən 93 yaşlı müdrik siyasətçi belə soyuqqanlılıqla İsrailin  yox olmasıyla razılaşır?
 
 
 
ABŞ xüsusi xidmət orqanlarının öncəki yazıda adı çəkilən məruzəsində İsrailin yumşaq olaraq “aparteid” adlandırdığı vəhşilikləri və cinayətləri haqqında danışılır. Qeyd olunur ki, bütün xüsusi xidmətlər İsrailin “Ərəb baharı”, “İslami dirçəliş”, İran İslam Respublikasının yüksəlməsi ilə artan Fələstin qüvvəsinə qarşı dura bilməməsi ilə razılaşırlar. ABŞ artıq hər il Misirə biabırçı susqunluğa görə 1,3 milyard dollar verə bilməyəcək. İsraillə əməkdaşlıq edən, yaxud, sadəcə, İsrailə dözən diktatorlar hakimiyyətdən gedirlər. Amma yeni “demokratik rejimlər” daha islami və İsraillə daha az mehribandır...
 
 Məlum olur ki, ABŞ hakimiyyəti artıq İsraili, onun milyardlarla qonşularının istəklərinə əks olaraq dəstəkləmək üçün hərbi və maliyyə resurlarına malik deyil. 50 İslam ölkəsi ilə münasibətlərin normallaşdırılması üçün ABŞ İsrailə əl yelləyərək öz milli maraqlarına uyğun hərəkət etməli olacaq. Bir çox amerikalılar ictimai fikrin formalaşması məsələlərində İsrail lobbisinin həddindən böyük hakimliyindən narazıdırlar...
 
 
 
ABŞ-da hər dəfə “İsrail məsələsi”nin işıqlandırılması zamanı “təsdiqlənmiş ssenari”dən kənara çıxan   Helen Tomas və Rik Sançes    kimi  obyektivliyə cəhd edən istənilən jurnalistin işdən qovulması zahirən az nəzərə çarpan, amma qabarma dalğası tək güclü olan əks reaksiyaya səbəb olur. Və hər dəfə “ABŞ-ı İraqla müharibəyə cəlb edən israilli fanatlar indi də eynisini İranla bağlı tələb edir” deyən Morin Doud kimi jurnalistlərin üzərinə İsrail lobbisi gələndə daha çox insanlar dərk edir ki, Doud, Tomas və Sançes kimiləri onlara gerçəyi deyirlər...
 
Fillipp Veys kimi təcrübəli  yəhudi jurnalist və analitiklər  İsrailin hakim güclərinin  ağılsızlığını və bu ölkənin ümidsiz vəziyyətdə olduğunu qeyd edirlər.
 
Bununla yanaşı, amerikalı yəhudilərin əksəriyyəti də İsrail siyasətinin dəstəyinə meylli deyillər. Yəhudi mənşəli gənc amerikalılar arasında aparılan sorğulara əsasən, artıq İsrailin “dərdini çəkmək dəbdən düşüb”...
 
Artıq daha çox amerikalı əmindir ki, 11 Sentyabr hadisələrini “islam terroristləri” yox, yəhudi biznesmenləri və İsrailin xüsusi xidmət orqanları törətmişdir. Bu barədə tanınmış publisist Kevin Barret öz məqalələrində birbaşa söyləyir. O, həmçinin “Fox”, “CNN”, “PBS” və digər telekanallarda müzakirələrin iştirakçısıdır. Kevin Barret və başqa jurnalistlər öz məqalələrində göstərirlər ki, bu terror aktlarının əsas məqsədi İsrail və ABŞ arasındakı dağılmaz birliyi “qan və emosiyalarla möhkəmləndirmək” idi...
 
 
 
Bütün bu görünən və görünməyən gerçəklikləri  istənilən politoloq  və jurnalistdən yaxşı bilən və anlayan  Kissincer kimi siyasət “balina”ları da İsrailin fanatikliyi və barışmazlığından bezmiş vəziyyətdədir.  O da gözəl dərk edir ki, artıq İsrailin “saxlama müddəti” bitmişdir... Bu cür rəylər getdikcə daha çox  Amerika siyasət adamını, elita nümayəndələrini və sadə amerikanları düşündürməkdədir. Bunu Qüdsdə və ABŞ-da fəaliyyət göstərən  Beynəlxalq Yəhudi dini hərəkatı “Neturey karto”nun Nyu-Yorkda- BMT qərargahı önündə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanımaq qərarına qarşı qəti etiraz aksiyaları da sübut edir...
 
Bir çox konspiroloqlar isə bu qənaətdədir ki, İsrailin  dövlət kimi yox edilməsi “mason”, “illüminat”, “Komitet-300” kimi tanıdılan pərdəarxası hakim güclərin “xaosdan düzənə” planının  son mərhələlərindən birinin başlanğıcıdır. 11 sentyabr teraktlarından başlanan və İslam dünyasını xeyli sarsıdan, parçalayan, fiziki, siyasi-ideoloji və mədəni-mənəvi soyqırımlara məruz qoyan mərhələ artıq bitmək üzrədir. Bu mərhələdə nəinki müsəlman, yəhudi və xristian dövlətləri də tədricən sıradan çıxarılmalıdır. Avropanın İspaniya, Fransa və s. kimi dövlətlərində, eləcə də Britaniya və ABŞ-ın özündə son illərdə baş verən silsilə terror aktları, siyasi, dini, irqi, milli zəmində toqquşmalar, separatçı meyillərin güclənməsi buna sübutdur...
 
“Neturey karto” kimi yəhudilərin özlərindən ibarət  çoxminli anti-İsrail qurumların varlığı da göstərir ki, müsəlman Osmanlını parçalayaraq  1917-ci ildə Qüdsü ələ keçirmiş və yəhudi dövlətinin təməlini atmış transmilli çoxbaşlı oliqarxiya həmin dövlətə gələcəkdə təzyiq vasitəsi olacaq təşkilatlar da yaratmağı unutmamışdır. Yəni, Trampın Qüdsü İsrail paytaxtı elan etməsi ilə başlanacaq müsəlman ölkələrinn İsrail əleyhinə yönələn çıxışlarıyla başlanacaq  xaos sonda İsrailin özünü də dövlət kimi məhv etməlidir. Amma yəhudilərin dövlətinin olmayacağı təqdirdə digər dövlətlərin də olması “məsləhət deyil”. Öncəki yazılarımızda dediyimiz kimi, Vahid Dünya Dövlətinin rəsmiləşməsi üçün ABŞ-ın özü də çökməlidir...
 
Lakin hazırda   Qüds məsələsinin başlatdığı xaos müsəlman ərəb və digər xalqlar kimi yəhudi xalqının özünün də xeyrinə olmayacaq. Çünki  müharibələr, qırğınlar olacaq. Çünki bu prosesi idarə edənlər heç bir sabit siyasi, dini, milli ideologiyaya deyil, sadəcə, mümkün qədər çox qazanaraq insanları kölə kimi idarə etmək əyləncəsinə xidmət edən ifrat harınlamış sümürgəçi güclərdir. 1915-ci ildə Osmanlıda “erməni qırğını” təşkil edən, Hitlerə milyonlarla yəhudini qırdıran da həmin güclərdir. Bu gün bütüm münaqişə nöqtələrində, o cümlədən Fələstində, Qarabağda, Kəşmirdə və s. onların agentlərinin idarə etdiyi, hər iki münaqişə tərəfini qızışdırma mexanizmləri var, onların hər yerdə, həm radikal, fanat, həm də liberal, mötədil qurumların içərisinə sızdırılıblar...
 
Odur ki, dini, milli, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs hisləri, tamahı, şəhvəti ilə deyil, ağlı, vicdanı və iradəsi ilə davranmaqla bu sümürgəçi transmilli oliqarxiyanın planlarına, o cümlədən 3 səmavi dini birləşdirməli olan Qüdsə hansısa bir ölkənin paytaxt statusu verilməsinə qarşı dirəniş göstərməlidir...
 
Sultan Laçın

Загрузка...
Загрузка...