Qüdsü itirsək, Kəbəni qoruya bilməyəcəyik – Ərdoğan

Baxış sayı: 
186

 
Qüds gedərsə, Mədinəni qoruya bilmərik. Mədinənin getməyi isə Kəbənin itirilməsi deməkdir.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Lütfi Kırdar adına Konqres Mərkəzində çıxışı zamanı deyib.
 
“Bütün müsəlmanları yaxından maraqlandıran oyunu pozduq. İndi isə Qüds oyunu başladı. İlk addımları çərşənbə günü atdıq. Qüds itirilərsə İstanbulu, İslamabadı, Dəməşqi qoruya bilmərik. Qüds hər birimizin heysiyyəti, namusu, varlığı deməkdir. Bu məkrli plan haqları pozulan fələstinli qardaşlarımızın qarşısına çıxır. Gün gəlir, bataqlıqda son nəfəsini verən arakanlı qardaşlarımız bu məkrlə qarşılaşır. Arakan üçün orada nazirlərin, prezidentlərin iştirakı ilə toplantı keçirdik. Atdığımız addımların nəticəsini görürük”, - Türkiyə lideri bildirib.

Загрузка...
Загрузка...